"Azərbaycanda uşaqlara bərabər imkanların yaradılması dövlət-uşaq siyasətinin başlıca prinsipidir".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.
O bildirib ki, hələ ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-uşaq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir:
"Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün tədbirlər görülür. Ermənistanın təcavüzü nəticəsində psixoloji zərər çəkmiş uşaqlara da komitəmiz tərəfindən psixoloji və sosioloji dəstək davam edir".
Müdir müavini vurğulayıb ki, valideynləri bu mövzuda maarifləndirmək üçün müxtəlif layihələr keçirilir:
"Həmçinin müxtəlif təlim və görüşlər baş tutur".
K.Əliyeva, həmçinin qeyd edib ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara davamlı dəstək göstərilir.