“Münaqişə geridə qalıb, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bir çox məsələlər həllini tapıb”.
“Report”un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.
“2007-ci ilin dekabrından sonra Azərbaycanda çadır şəhərcikləri ləğv edilib. İndiyədək məcburi köçkünlər üçün 116 qəsəbələr salınıb. 44 günlük Vətən müharibəsində qələbədən sonra “Böyük qayıdış”ı təmin etmək üçün davamlı işlər aparılır. Hesab edirəm ki, biz buna yaxın müddətdə nail olacağıq”, - o vurğulayıb.