Qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə (aidiyyəti kafedra və silsilə) rəisləri, hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə təlim-metodiki toplantı çərçivəsində korrpusiyaya qarşı mübarizəyə dair seminar keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun nümayəndələrinin iştirakı ilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən seminarda çıxış edənlər korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin edilməsində informasiyanın rolu və digər mövzularda maarifləndirici söhbətlər aparıblar.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar Müdafiə Nazirliyində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Tədbirdə, həmçinin korrupsiyaya qarşı mübarizənin təşkili və səmərəliliyin artırılması məqsədilə görülən işlər və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsindən danışılıb, iştirakçılara qanunvericiliyin tələbləri çatdırılıb.