Laçın sakini: Üç yaşımda çıxdığım yurduma üç yaşında oğlumla qayıdıram

Laçın sakini: Üç yaşımda çıxdığım yurduma üç yaşında oğlumla qayıdıram "Üç yaşımda çıxdığım Laçına üç yaşında oğlumla qayıdıram".
Daxili siyasət
28 İyun , 2024 07:29
Laçın sakini: Üç yaşımda çıxdığım yurduma üç yaşında oğlumla qayıdıram

"Üç yaşımda çıxdığım Laçına üç yaşında oğlumla qayıdıram".

"Report" xəbər verir ki, bunu Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Möhübbət Valeh oğlu Süleymanov deyib.

O qeyd edib ki, ailəsi hər zaman ona Laçın barədə danışıb:

"Mənim Laçından çıxarkən üç yaşım vardı. İşğal mənim Laçınlı həyatımı dondurdu. Üç yaşından məcburi köçkün həyatı yaşadım. Abşeron rayonu Pirəkəşkül kəndində, hərbi şəhərcikdə çətin həyat yaşamışıq.

Bu gün isə doğma yurduma qayıdıram. Yaşım az olduğu üçün xatırlamıram, amma ailəm mənə Laçınla bağlı o qədər danışıb ki, sanki illərlə orada yaşamışam. Hər qarışı mənə doğmadır. İtirdiyimiz 32 ili bundan sonra bərpa edəcəyik, qurub-yaradacağıq.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".

Xatırladaq ki, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Son xəbərlər

Orphus sistemi