Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib - YENİLƏNİB-2

Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib - YENİLƏNİB-2 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb.
Daxili siyasət
15 Dekabr , 2023 18:47
Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib - YENİLƏNİB-2

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəsmiləri iştirak ediblər.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 25 ailə - 92 nəfər köçürülüb. Bununla da Zabux kəndində 146 ailənin, yəni 568 nəfərin daimi məskunlaşması təmin edilib.

17:30

Paytaxtın Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə çatıb.

“Report” xəbər verir ki, bununla da 25 ailə - 92 nəfər doğma yurduna qayıdıb.

Bugünkü köçlə Zabux kəndində 146 ailənin, yəni 568 nəfərin daimi məskunlaşması təmin edilib.

06:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb.

“Report” xəbər verir ki, paytaxtda və Abşeronda məskunlaşan 13 ailə (52 nəfər) Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər.

Köç karvanına qoşulacaq ailələrin sayı isə belədir: Bərdə rayonundan – 6 ailə (20 nəfər), Sumqayıt şəhərindən – 3 ailə (10 nəfər), Lənkəran rayonundan – 1 ailə (4 nəfər), Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər), Ağcabədi rayonundan – 1 ailə (2 nəfər).

Ümumilikdə bu dəfə kəndə 25 ailə - 92 nəfər köçürülür. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə cəmi 146 ailə (567 nəfər) köçürülüb.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Son xəbərlər

Orphus sistemi