Masallı icra başçısının birinci müavini nöqsanlara görə işdən çıxarılıb

Masallı icra başçısının birinci müavini nöqsanlara görə işdən çıxarılıb Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsindən azad edilib.
Daxili siyasət
13 Sentyabr , 2022 16:57
Masallı icra başçısının birinci müavini nöqsanlara görə işdən çıxarılıb
Hüseynov Məmmədhüseyn

Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsindən azad edilib.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, bununla bağlı icra başçısı Araz Əhmədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Hüseynov Məmmədhüseyn Rizvan oğlu vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə icra başçısının birinci müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, M.Hüseynov 2020-ci ilin sentyabrın 3-dən bu vəzifədə çalışırdı.

Son xəbərlər

Orphus sistemi