Masallı rayon icra hakimiyyəti başçısının əmri ilə Vətən Müharibəsinin 3 iştirakçısı yeni vəzifələrə təyin olunub.
"Report" xəbər verir ki, həmçinin daha bir müharibə iştirakçısı da Regional Mədəniyyət İdarəsi tərəfindən Masallı rayon Heydər Əliyev Mərkəzində yeni vəzifəyə təyinat alıb.
Belə ki, Həbib Musaxan oğlu Həbibov Masallı rayon icra hakimiyyəti başçsının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şahmar Qismət oğlu Əkbərov Masallı rayon İcra hakimiyyəti başçsının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi, Samir Rövşən oğlu Həsənzadə Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi və Aqşin Şahin oğlu Quliyev Masallı rayon Heydər Əliyev Mərkəzində elmi işçi vəzifələrinə təyin olunublar.
Qeyd edək ki, Həbib Həbibov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qüsursuz xidmətlərə görə" III dərəcəli, "Qüsursuz xidmətlərə görə" II dərəcəli, "Qüsursuz xidmətlərə görə" I dərəcəli və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalları ilə təltif olunub.
Şahmar Əkbərov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.