Məhbusların ali məktəblərin qəbul imtahanlarına buraxılması təklif olunur

Məhbusların ali məktəblərin qəbul imtahanlarına buraxılması təklif olunur Məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq
Daxili siyasət
9 Mart , 2021 12:16
Məhbusların ali məktəblərin qəbul imtahanlarına buraxılması təklif olunur

Ombudsman Məhbuslarla Beynəlxalq Standart Davranış Qaydalarına görə, təhsildən bəhrələnməyi bacaran məhbuslara onu davam etdirmək imkanının təmin edildiyini, Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində saxlanılan şəxslərin buraxılış imtahanlarında iştirakına şərait yaradıldığını nəzərə alaraq, cəzaçəkmə müəssisələrində çəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması və bununla bağlı Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əlavənin edilməsini təklif edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi