“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklik edilib.
“Report”un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla 55-2.6-cı bəndə “Çevik Hərəkət Qüvvələrinin komandanı,” sözlərindən sonra “Xüsusi Hava Əməliyyatları Qüvvələrinin komandanı,” sözləri, 63-cü hissəyə isə “Xidmətin Sahil Mühafizəsinin rəisi,” sözlərindən sonra “Çevik Hərəkət Qüvvələrinin Komandanı, Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı,” sözləri əlavə edilib.