Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib

Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında gümüş medal qazanması ilə bağlı paylaşım edib.
Daxili siyasət
7 Sentyabr , 2024 13:23
Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında gümüş medal qazanması ilə bağlı paylaşım edib.

"Report" paylaşımı təqdim edir:

“Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!".

Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb. Birinci vitse-prezident Mehriban Əliyeva həmin vaxt da Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı sosial şəbəkə hesablarında paylaşım etmişdi.

Son xəbərlər

Orphus sistemi