Mehriban Əliyeva Azərbaycanın paralimpiya çempionu Səid Nəcəfzadəni təbrik edib

Mehriban Əliyeva Azərbaycanın paralimpiya çempionu Səid Nəcəfzadəni təbrik edib Birinci vitse-prezident Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni təbrik edib.
Daxili siyasət
2 Sentyabr , 2024 14:49
 Mehriban Əliyeva Azərbaycanın paralimpiya çempionu Səid Nəcəfzadəni təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paralimpiya çempionu olan Səid Nəcəfzadəni təbrik edib.

“Report” xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu barədə instaqram hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!".

Son xəbərlər

Orphus sistemi