"İndi hədəfimiz itkin düşmüş şəxslərin məsələsini gündəmə gətirməkdir".
“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev rəhbərlik etdiyi qurumda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli mediaya verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair açıq müzakirələrdə deyib.
“Biz mina xəritələri məsələsini güc yolu ilə həll etmişik. May ayına qədər onlar xəritələrin olmasını inkar edirdilər. İndi hədəfimiz beynəlxalq təşkilatlar çərçivəsində itkin düşmüş şəxslərin məsələsini gündəmə gətirməkdir”, - o vurğulayıb.