Məzahir Pənahov: "Məsuliyyətimizi çox yaxşı başa düşürük"

Məzahir Pənahov: "Məsuliyyətimizi çox yaxşı başa düşürük" “Son illər Azərbaycanda seçkilərlə bağlı nailliyyətlər əldə edilib"
Daxili siyasət
27 Aprel , 2021 12:04
Məzahir Pənahov: Məsuliyyətimizi çox yaxşı başa düşürük
Məzahir Pənahov

“Son illər Azərbaycanda seçkilərlə bağlı nailliyyətlər əldə edilib. Bunlar hər şeydən əvvəl, Azərbaycanda əldə edilmiş dayanıqlı sabitliklə bağlıdır. Digər tərəfdən hüquqi bazanın yaradılması ilə əlaqədardır”.

"Report"un xəbərinə görə, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında MSK üzvlüyünə təsdiqlənən Məzahir Pənahov deyib.

"Azərbaycan xalqı əmin olsun ki, məsuliyyətimizi çox yaxşı başa düşürük. MSK-nın fəaliyyəti yalnız və yalnız qanunvericiliyin və dövlətçiliyin maraqlarını gözləmək şərti ilə atılan addımlardan ibarət olacaq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi