Məzahir Pənahov: Milli Məclisə seçkilər suveren respublikanın hər yerində keçiriləcək

Məzahir Pənahov: Milli Məclisə seçkilər suveren respublikanın hər yerində keçiriləcək Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində, suveren respublikanın hər yerində keçiriləcək. "Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. "Düzdür, azad olunmuş ərazilə
Daxili siyasət
29 İyun , 2024 16:27
Məzahir Pənahov: Milli Məclisə seçkilər suveren respublikanın hər yerində keçiriləcək

Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində, suveren respublikanın hər yerində keçiriləcək.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

"Düzdür, azad olunmuş ərazilərə əhali tam köçürülməyib. Amma prezident seçkisi də bu şəkildə keçirildi və hesab edirəm ki, növbədənkənar parlament seçkisi də həmin standartlara uyğun təşkil olunacaq", - deyə sədr bildirib.

O qeyd edib ki, bu seçki də tarixi əhəmiyyət daşıyan hadisə olacaq.

Son xəbərlər

Orphus sistemi