"Bu gün Azərbaycanda uşaqlar, ailələrlə bağlı güclü dövlət siyasəti var".
"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.
O bildirib ki, autizmli uşaqların cəmiyyət həyatında fəal iştirak etməsi vacibdir:
"Autizmli uşaqların gələcəyinə inanıram. "Qüsurlu uşaqlar", "internat məktəbi" kimi sözlər artıq qanunvericiliyin köməyi ilə işlədilməyəcək. Biz həmişə dəstəyə ehtiyacı olan uşaqların yanındayıq. Onlara çox böyük diqqət var".