“Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən 375 nəfərin DSK üzvlüyünə namizədliyi irəli sürülüb”.
“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın bu gün keçirilən iclasında deyib.
Namizədlərin siyahısı səsverməyə çıxarılaraq qəbul edilib.
Daha sonra MSK katibi Mikayıl Rəhimov məlumat verib ki, deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən 375 nəfərin DSK üzvlüyünə namizədliyi irəli sürülüb.
Onun sözlərinə görə, parlamentdə təmsil olunan 10 siyasi partiyanın nümayəndələri ilə müzakirə aparılıb və bütün siyasi partiyalardan namizədlər irəli sürülüb.
Namizədlərin siyahısı səsverməyə çıxarılaraq qəbul edilib.