MSK-nın nəzdində seçki ilə bağlı ekspert və işçi qrupları yaradılıb

MSK-nın nəzdində seçki ilə bağlı ekspert və işçi qrupları yaradılıb Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu yaradılıb.
Daxili siyasət
29 İyun , 2024 16:18
MSK-nın nəzdində seçki ilə bağlı ekspert və işçi qrupları yaradılıb

Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu yaradılıb.

"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Ekspert qrupuna MSK üzvləri Ramiz İbrahimov, Fuad Cavadov, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, İlkin Şahbazov, Nailə Əsgərova, İlqar Əlizadə, Rafiq Abbasov daxil ediliblər.

Bundan başqa, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu da yaradılıb.

Son xəbərlər

Orphus sistemi