Məzahir Pənahov: Beynəlxalq müşahidəçilərin seçkiləri izləməsi önəmlidir

Məzahir Pənahov: Beynəlxalq müşahidəçilərin seçkiləri izləməsi önəmlidir İndiyədək 100 minə yaxın müşahidəçi seçkiləri izləyib.
Daxili siyasət
22 İyul , 2024 11:15
Məzahir Pənahov: Beynəlxalq müşahidəçilərin seçkiləri izləməsi önəmlidir

Beynəlxalq müşahidəçilərin seçkiləri izləməsi önəmlidir.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, seçki sənədlərinin xüsusilə məhkəmə səviyyəsində hazırlanmasında böyük nailiyyətlər əldə edilib:

"Bu dəfə də proses standartlara uyğun şəkildə idarə olunacaq. Azərbaycanın beynəlxalq hüquq normalarına görə tanınan suveren ərazilərində ilk dəfədir parlament seçkiləri keçirilir. Bu, çox əhəmiyyətli olduğundan seçkilərin beynəlxalq hüquq normalarına uyğunluğu vacibdir. Ona görə beynəlxalq müşahidəçilərin prosesi izləməsi də önəmlidir. Adətən, yerli müşahidəçilərə birlikdə seçkiləri 100 minə yaxın müşahidəçi izləyir".

Son xəbərlər

Orphus sistemi