Naftalan şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı”nın açılış mərasimi keçirilib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, tədbirdə agentliyin icraçı direktoru Aygün Əliyeva, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, dövlət rəsmiləri, 25-dən çox şəhər və rayonlardan olan QHT nümayəndələri iştirak edib.
3 gün davam edəcək təlim çərçivəsində peşəkar təlimçilər tərəfindən QHT-lərə keyfiyyətli layihə yazılışı və idarəedilməsi vərdişləri öyrədiləcək, beynəlxalq layihə yazılışı standartları tətbiq edilməklə, qrup işləri təşkil olunacaq.
Təlimçilər - ADA Universitetinin dosenti Anar Vəliyev və Avropa Komissiyasının beynəlxalq eksperti Vüsal Behbudov proqram ərzində keçiriləcək mövzular, təlimin strukturu və gözləntilər barədə məlumat veriblər.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə agentliyin sertifikatları təqdim olunacaq.