Naftalanda Xocalı faciəsi anılıb 

Naftalanda Xocalı faciəsi anılıb  Naftalan şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Daxili siyasət
26 Fevral , 2023 15:16
Naftalanda Xocalı faciəsi anılıb 

Naftalan şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər təşkilat və ictimaiyyət nümayəndəri iştirak edib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, XX əsrin sonunda törədilmiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir və bu cinayəti törədən hərkəs cəzasını çəkməlidir.

Daha sonra vətənimizin azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edilib, gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Son xəbərlər

Orphus sistemi