Naxçıvanın yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Naxçıvanın yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Daxili siyasət
17 Yanvar , 2024 08:59
Naxçıvanın yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumata görə, hal-hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində təhlükəsiz görünüş məsafəsi minimuma enib ki, bu da yol nişanlarının, nişanlanma xətlərinin və digər nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərə belə hava şəraitində daha diqqətli olmaq, minimum sürət həddi seçmək, xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolu görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, səkilərlə hərəkət etməli, piyada keçidlərindən istifadə etməli, bir sözlə məsuliyyət hissini unutmamalıdırlar.

Son xəbərlər

Orphus sistemi