Naxçıvan Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Naxçıvan Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib Yanvar ayının 15-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimi
Daxili siyasət
15 Yanvar , 2024 18:52
Naxçıvan Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Azərbaycan Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluqdan bildirilib.

Müşavirə iştirakçıları tərəfindən öncə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmini uğrunda aparılmış mübarizədə şəhid olmuş əsgər və zabitlərimizin, vətəndaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra müşavirədə Kamran Əliyev giriş nitqi ilə çıxış edərək 2023-cü ilin müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsi və Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, bununla əlaqədar xalqımızın yaddaşında və dövlətçilik tariximizdə xilaskar obrazında iz qoymuş müdrik siyasətçi Heydər Əliyevin həyat və yaradıcılığı, dövlət quruculuğu sahəsində olan fədakar fəaliyyəti, hüquq sisteminin təkmilləşdirilməsi, demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin təsis edilməsi, inkişafı istiqamətində gördüyü işlər, prokurorluq orqanlarının inkişafına verdiyi töhfələrdən danışıb.

Çıxışda, həmçinin qeyd edilib ki, yola saldığımız 2023-cü il eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin 20 illiyinin tamam olması ilə də yadda qalmışdır. Məhz bu illər ərzində dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət ölkəmizi regionun əsas güc mərkəzinə çevirmiş, ölkənin iqtisadi rifahının tərəqqisinə, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş qismində tanınmasına rəvac vermiş, ən əsası isə on illiklər boyu işğal altında olan torpaqlarımız azad edilərək ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunmuşdur.

Baş prokuror Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 07 fevral 2024-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsini və 25 dekabr 2023-cü il tarixli Sərəncamla Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını da 2023-cü ildə baş vermiş mühüm hadisələr sırasına aid etmişdir.

Daha sonra çıxışda Naxçıvan Muxtar Respublikasında cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin icrası sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar müzakirə edilib.

Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev Muxtar Respublikanın prokurorluq orqanları və digər-hüquq mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat orqanları tərəfindən 2023-cü ildə görülmüş işlərin vəziyyəti barədə müşavirədə ətraflı məruzə ilə çıxış edərək göstəribr ki, 2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında 41 cinayət işinin ibtidai istintaqı aparılmış və həmin cinayət işlərindən 15-nin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 63 069 manat maddi ziyanın bütünlüklə ödənilməsi təmin olunmuşdur. Bundan əlavə 2023-cü ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanlarına 971 müraciət daxil olmuş, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 480, tabe rayon (şəhər) prokurorluqlarında isə 469 olmaqla, ümumilikdə 949 vətəndaş qəbul edilərək dinlənilmiş, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilmişdir.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edərək, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi