Naxçıvanda növbədənkənar prezident seçkiləri üçün seçki məntəqələri açılıb

Naxçıvanda növbədənkənar prezident seçkiləri üçün seçki məntəqələri açılıb Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
Daxili siyasət
7 Fevral , 2024 08:08
Naxçıvanda növbədənkənar prezident seçkiləri üçün seçki məntəqələri açılıb

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, saat 08:00-da muxtar respublikada 6 dairə üzrə 310 seçki məntəqəsi açılıb.

Sakinlər saat 19:00-a qədər səsvermədə iştirak edə biləcəklər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 278 mindən çox seçici qeydiyyata alınıb. İlk dəfə səs verəcək şəxslərin sayı 17 514 nəfər, səsvermə günü daxil olmaqla 18 yaşı tamamlamış şəxslərin sayı 525 nəfər, yaşı 100-dən çox olan seçicilərin sayı isə cəmi 5 nəfərdir.

Son xəbərlər

Orphus sistemi