Naxçıvanda Zəfər Günü böyük coşqu ilə qeyd edilib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında 8 Noyabr - Zəfər Günü münasibətilə konsert proqramı və möhtəşəm atəşfəşanlıq keçirilib.
Konsert proqramında vətənpərvərlik ruhunda kompozisiyalar, rəqs qruplarının çıxışları, populyar müğənnilərin ifasında mahnılar təqdim olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, muxtar respublika sakinləri, eləcə də qədim diyarımızın qonaqları konsertə baxıblar.