Neftçalada Biomüxtəliflik Günü və Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Neftçalada Biomüxtəliflik Günü və Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib Neftçala rayonunda Beynəlxalq Biomüxtəliflik Günü və Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Daxili siyasət
19 May , 2023 17:38
Neftçalada Biomüxtəliflik Günü və Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Neftçala rayonunda Beynəlxalq Biomüxtəliflik Günü və Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

“Report”un Aran bürosunun məlumatına görə, tədbir “Azerbaijan Fish” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatında baş tutub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Lu-Mun Holding”in İdarə Heyətinin sədri Rüfət Tabasaranski, aidiyyəti qurumların rəsmiləri və KİV nümayəndələri iştirak ediblər.

R.Tabasaranski və M.Seyidov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hər zaman ekoloji durumun yaxşılaşdırılmasına, biomüxtəlifliyin qorunmasına xüsusi önəm verdiyini bildiriblər. Bununla bağlı bir sıra sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasında olduğu bir daha təsdiqlənib.

Tədbirdə vurğulanıb ki, Ulu Öndərin siyasəti bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması daim diqqət mərkəzində saxlanılır.

Tədbirin sonunda Yenikənd Nərə Damazlıq Təsərrüfatı ilə tanışlıq olub. Bildirilib ki, 1956-cı ildə rayonun Yenikənd kəndi ərazisində Kür-Təcrübi Nərə Balıqartırma zavodu inşa edilib. 4 il bundan öncə zavodun bazası əsasında “Azerbaijan Fish” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı yaradılıb.

Məqsəd rayonda balıqçılıq sənayesini yenidən bərpa etmək, balıq və kürü istehsalını artırıb dünya bazarlarına çıxarmaqdır.

Ən müasir avadanlıqlarla və texnologiya ilə təchiz olunmuş müəssisədə ildə 200 tona yaxın nərə balığının əti və 10 tona yaxın kürü istehsal edilməsi nəzərdə tutulub.

Daha sonra rayonun Şirvanlı kəndi ərazisində hər birinin diri çəkisi 600-800 qram olan 50 min ədəd nərəcinsli balıq Xəzər dənizinə buraxılıb.

Son xəbərlər

Orphus sistemi