Neftçalada Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Neftçalada Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub Neftçala rayonunda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib.
Daxili siyasət
10 May , 2023 13:44
Neftçalada Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib.

“Report”un Aran bürosunun məlumatına görə, rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhid ailələri və qazilər Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər, ehtiramlarını bildiriblər.

Mərkəzdə H.Əliyevin həyat və yaradıcılığını əks etdirən sərgi açılıb. Ümummilli Liderin 100 illik yubileyinin iştirakçıları sərgi ilə tanış olublar.

Sonra konfrans keçirilib.

M.Seyidov Ulu Öndərlə bağlı məruzə ilə çıxış edib. O, dahi şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xitmətlərindən danışıb.

Son xəbərlər

Orphus sistemi