Neftçalada "Zəfər Günü" qeyd olunub

Neftçalada "Zəfər Günü" qeyd olunub 44 Günlük Vətən müharibəsindəki qələbəmizin ikinci ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala rayonunda “Zəfər Günü” böyük coşqu ilə qeyd olunub.
Daxili siyasət
8 Noyabr , 2022 16:24
Neftçalada Zəfər Günü qeyd olunub

44 Günlük Vətən müharibəsindəki qələbəmizin ikinci ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala rayonunda “Zəfər Günü” böyük coşqu ilə qeyd olunub.

"Report" xəbər verir ki, bununla bağlı Neftçala Rayon İcra Hakimiyyətinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət və qonaqlar iştirak edib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli və Şəhidlər Xatirə Kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhları ehtiramla yad olunub. “Zəfər Günü” ilə əlaqədar olaraq təşkil olunan sərgiyə qonaqlar tərəfindən baxış keçirilib.

İlk olaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycanın dövlət himni səslənib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətindən, şəhid və qazilərə diqqət və qayğısından söz açılıb. Eyni zamanda 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, ordumuzun gücündən, düşmən işğalından azad olunan Qarabağın abadlaşmasından danışılıb. Vətən müharibəsi dövrünü özündə əks etdirən videorolik izlənilib.

Tədbir Biləsuvar Regional Mədəniyyət İdarəsinin, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov adına musiqi məktəbinin və digər sənətkarların iştirakı ilə musiqili konsert proqramla davam etdirilib.

Tədbirin sonunda Neftçala RİH-in, şəhid ailələrinin və qazilərin iştirakı ilə “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.

Son xəbərlər

Orphus sistemi