Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 916 Çağrı Mərkəzi fəaliyyətini bərpa edib.
Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, 916 Çağrı Mərkəzinin fəaliyyətində yaranmış texniki məhdudiyyət aradan qaldırılıb.
"Artıq müraciətlərinizi Ombudsmana 24 saat ərzində fəaliyyət göstərən Çağrı Mərkəzi vasitəsilə çatdıra bilərsiniz", - məlumatda qeyd olunub.