Ombudsman gəncləri təbrik edib

Ombudsman gəncləri təbrik edib Ombudsman Səbinə Əliyeva ölkə gənclərini 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib.
Daxili siyasət
2 Fevral , 2022 02:43
Ombudsman gəncləri təbrik edib
Səbinə Əliyeva

Ombudsman Səbinə Əliyeva ölkə gənclərini 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, təbrikdə deyilir:

“2 Fevral – Gənclər Günüdür. Bu gün 25 illiyi qeyd olunan Azərbaycan Gəncləri Gününün təsis edildiyi tarix Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Gənclərə hər zaman diqqət və qayğı ilə yanaşılmasını ön plana çəkən Ümummili Liderin gənc nəslin bilik və bacarıqlarının inkişafında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rolu olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, bir sıra dövlət proqramları və strategiyaları qəbul edilib, gənclər təşkilatlarının yaradılması və fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb, hüquqi baza təkmilləşdirilib.

Azərbaycan dövlətinin yaratmış olduğu geniş imkanlardan maksimum dərəcədə yararlanaraq, vətəninə, dövlətinə və xalqına sevgi ruhunda böyümüş Azərbaycan gəncliyi şanlı qələbəmizdə də mühüm rol oynamışdır. 44 günlük Vətən müharibəsindən qələbə ilə çıxan Azərbaycan gənclərinin öz vətənpərvərlikləri ilə şanlı tarix yazmaları hər birimizin yaddaşında əbədi qalacaqdır.

Əziz gənclər, gününüz mübarək!”

Son xəbərlər

Orphus sistemi