2020-ci il ərzində dövlət sərhədini keçən 3952,4 min şəxs və 1010,6 min nəqliyyat vasitəsi rəsmiləşdirilib.
“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Onlardan ölkəyə girişdə 513,8 min nəfər, çıxışda 1975,0 min nəfər, nəqliyyat vasitələrinin girişində 513,8 min, nəqliyyat vasitələrinin çıxışında isə 496,8 min avtomobil qeydə alınıb.
Ümumilikdə 154 nəfər saxta, 17 nəfər özgəsinə məxsus sənədlə və 3 nəfər gizli şəkildə dövlət sərhəddini keçməyə cəhd göstərərkən aşkarlanaraq saxlanılıb. Həmin şəxslərin barələrində müvafiq qərarlar qəbul edilib.
Dövlət sərhəddindən keçməyə hüquq verən sənədləri olmayan (qüsurlu sənəd) 2,1 min nəfər barəsində müvafiq qərarlar qəbul olunub.
Xaric olunma faktı ilə 152 halda 289 nəfər və ekstradisiya faktı üzrə isə 28 halda 62 nəfər qeydə alınıb.
Xarici ölkələrdən Azərbaycana gəlmək istəyən ümumilikdə 92 halda 106 nəfər arzuolunmaz şəxs qismində saxlanılaraq geri qaytarılıb.