Ötən il 420 nəfər Azərbaycana readmissiya olunub.
“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, onların Azərbaycana gətirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq razılığına əsasən, çarter reysləri ilə həyata keçirilib: “Keçən il readmissiya edilənlərin sayında 2,9 dəfə artım olub. 2014-cü ildən bu yana 2013 nəfərin readmissiyası həyata keçirilib. Bu il üçün 2147 şəxsin də readmissiyası nəzərdə tutulub”.