Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Administrasiyanın, İşlər İdarəsinin və Birinci vitse-prezidentin katibliyinin rəhbər şəxsləri bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.
"Report" AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu 2002-ci ildən yaradılıb. Fonda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.