Prezident: "Bu gün “Əsrin kontraktı”nın icrasında işləyənlərin 90 faizi Azərbaycan vətəndaşlarıdır"

Prezident: "Bu gün “Əsrin kontraktı”nın icrasında işləyənlərin 90 faizi Azərbaycan vətəndaşlarıdır" "1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir".
Daxili siyasət
10 May , 2023 10:33
Prezident: Bu gün “Əsrin kontraktı”nın icrasında işləyənlərin 90 faizi Azərbaycan vətəndaşlarıdır
İlham Əliyev

"1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. “Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin kontraktı”nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Son xəbərlər

Orphus sistemi