Qadın Vəkillər Alyansı qadın məhkumlarla bağlı tədbirlər keçirə bilər

Qadın Vəkillər Alyansı qadın məhkumlarla bağlı tədbirlər keçirə bilər Azərbaycan Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı ilə qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsi arasında birgə tədbirlərin təşkil edilə bilər.
Daxili siyasət
11 İyun , 2024 17:30
Qadın Vəkillər Alyansı qadın məhkumlarla bağlı tədbirlər keçirə bilər

Azərbaycan Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı ilə qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsi arasında birgə tədbirləri təşkil edilə bilər.

"Report" xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəhbərliyi ilə Vəkillər Kollegiyasının rəhbər heyəti arasında birgə fəaliyyətin təşkilinə dair keçirilən görüşdə müzakirə aparılıb.

Görüşdə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov ədliyyə naziri Fərid Əhmədovun tapşırığına əsasən, həbs edilmiş şəxslərin və məhkumların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Vəkillər Kollegiyasının hər zaman məhkumların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində əməli addımlar atdığını bildirən nazir müavini həbs edilmiş şəxs və məhkumlara peşəkar hüquqi yardımın göstərildiyini, hüquqi maarifləndirmə istiqamətində müxtəlif cəzaçəkmə müəssisələrində mütəmadi tədbirlərin həyata keçirildiyini, təşkil edilən hüquqi yardım tədbirləri zamanı məhkumlara mülki və cinayət qanunvericiliyinin müddəalarının ətraflı izah edildiyini qeyd edib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər iki qurum arasında ilk dəfə bu cür səmərəli görüşün keçirildiyini vurğulayıb, son dövrlər Kollegiyada görülən işlərdən söz açıb, hüquqşünasların vəkilliyə marağının artdığını, o cümlədən Penitensiar xidmətdə aparılan mühüm islahatları xüsusi qeyd edib.

Vəkillərin əsas vəzifəsinin insanlara keyfiyyətli hüquqi yardım göstərməkdən ibarət olduğunu diqqətə çatdıran Anar Bağırov məhkumların qarşılaşdığı hüquqi problemlərin həlli istiqamətində bundan sonra da zəruri tədbirlərin görüləcəyini bildirib. Görüşdə gələcək əməkdaşlıq perspektivləri, növbəti illərdə məhkumlara ödənişsiz hüquqi yardımın göstərilməsi müzakirə olunub, mövcud imkanlar qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi