2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yola salınıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında deyilir.
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 2 nəqliyyat vasitəsi ilə Qarabağın erməniəsilli sakinləri üçün yanacaq göndərilib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, yük avtomobilləri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Yük avtomobillərində 30 ton Aİ-92 markalı benzin, 34 ton dizel yanacağı aparılıb.
Qeyd edək ki, yanacaq 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq göndərilib.
![](https://static.report.az/photo/c47e2742-e988-35e1-9677-28d8e28c2c6d_300.jpg)
![](https://static.report.az/photo/f221faa3-ea50-34ba-ac49-830db0e9ce55_300.jpg)
![](https://static.report.az/photo/fa99bd57-7c55-36cb-b047-e7930d5ac81c_300.jpg)
![](https://static.report.az/photo/38a4c294-83e7-36e3-a762-fa08effec8d6_300.jpg)
![](https://static.report.az/photo/39a00e5c-e8b8-33b0-946b-08facae2d292_300.jpeg)
![](https://static.report.az/photo/82282bf3-5e51-3ca5-982f-77d12431571b_300.jpeg)
![](https://static.report.az/photo/1dc1d166-bb19-3ffa-ac15-c806f7c33f0d_300.jpeg)
![](https://static.report.az/photo/8a2b08e3-f054-33b3-9617-f77ade149bd4_300.jpeg)