Azərbaycanın şimal-qərb rayonlarında ulu öndərin xatirəsi yad edilib - YENİLƏNİB

Azərbaycanın şimal-qərb rayonlarında ulu öndərin xatirəsi yad edilib - YENİLƏNİB Qax rayonunda Azərbaycan dövlətinin memarı, qurucusu və xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Daxili siyasət
12 Dekabr , 2022 17:33
Azərbaycanın şimal-qərb rayonlarında ulu öndərin xatirəsi yad edilib - YENİLƏNİB

Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında Azərbaycan dövlətinin memarı, qurucusu və xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, beş rayonda keçirilən anım mərasimlərində yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlər zamanı ulu öndər Heydər Əliyevin qeyd olunan rayonların mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Ziyarətçilər ümummilli liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Səhər saatlarından başlayan ziyarət qeyd olunan rayonların ictimaiyyət nümayəndələri tərəfindən günün sonunadək davam edib.

13.27

Qax rayonunda Azərbaycan dövlətinin memarı, qurucusu və xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, idarə, müəssisə və təşkilatın kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ulu öndərin şəhərin mərkəzində ucaldımış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər, ehtiramlarını bildiriblər.

Qeyd edək ki, anım günündə Qax şəhəri ilə yanaşı, rayonun kəndlərindən də minlərlə sakin ümummilli liderin abidəsini ziyarət etməyə gəlir.

Son xəbərlər

Orphus sistemi