Qazaxda bir neçə şəhidin orden və medalları ailə üzvlərinə təqdim edilib

Qazaxda bir neçə şəhidin orden və medalları ailə üzvlərinə təqdim edilib Qazaxda Vətən müharibəsində, eləcə də sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan qəhrəman oğulların təltif olunduqları orden və medalları ailə üzvlərinə təqdim edilib.
Daxili siyasət
30 Dekabr , 2022 23:16
Qazaxda bir neçə şəhidin orden və medalları ailə üzvlərinə təqdim edilib

Qazaxda Vətən müharibəsində, eləcə də sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan qəhrəman oğulların təltif olunduqları orden və medalları ailə üzvlərinə təqdim edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Vətən müharibəsi şəhidləri əsgər Omarov Elmar Elvar oğlunun, (MAHHXHQ) kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun, əsgər Daşdəmirov Elfak Eltun oğlunun, (MAHHXHQ) çavuş İsgəndərov Pərvin Pərviz oğlunun, gizir Məmmədov Amid Müqabil oğlunun, (MAHHXHQ) çavuş Nəsibov Elməddin Yusif oğlunun və gizir İsmayılov Tahir Niyazi oğlunun təltif olunduqları 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Şəhidlik zirvəsinə ucalan baş leytenant Kazımov Yunis Qasım oğlunun təltif olunduğu 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı, gizir Kərimov Azad Zakir oğlunun təltif olunduğu “Azərbaycan Bayrağı” ordeni və "Vətən uğrunda" medalı şəhidlərimizin ailə üzvlərinə təqdim olunub.

Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qazax Rayon Şöbəsinin əməkdaşları şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, orden və medalları sahiblərinə çatdırıblar.

Son xəbərlər

Orphus sistemi