Qazaxda məktəblilər üçün “Yaşıl dünya naminə həmrəylik ili” yay düşərgəsi keçirilir

Qazaxda məktəblilər üçün “Yaşıl dünya naminə həmrəylik ili” yay düşərgəsi keçirilir ADA Universiteti, ADA Universitetinin Qazax Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazaxda region məktəbliləri üçün “Yaşıl dünya naminə həmrəylik ili” yay düşərgəsi keçirilir.
Daxili siyasət
8 İyul , 2024 13:21
Qazaxda məktəblilər üçün “Yaşıl dünya naminə həmrəylik ili” yay düşərgəsi keçirilir

ADA Universiteti, ADA Universitetinin Qazax Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazaxda region məktəbliləri üçün “Yaşıl dünya naminə həmrəylik ili” yay düşərgəsi keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, beş gün davam edəcək düşərgədə Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarından olan 8-9-cu siniflərdə təhsil alan şəhid və qazi övladları iştirak edir.

ADA Universitetinin Qazax Mərkəzində ADA Universiteti, Qazax Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə düşərgənin açılış tədbiri təşkil edilib.

ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal qeyd edib ki, Seminariyanın fəaliyyəti, təlim-tədris imkanları, təqdim etdiyi proqramların sayı artır. Burada magistr dərəcələri və müəllimlər üçün sertifikat proqramları ilə yanaşı, məktəblilər üçün də yay düşərgələri kimi imkanlar da təqdim edilir.

“Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Səkinə Abasova çıxışında düşərgənin keçirilməsinin əhəmiyyətindən, məqsəd və hədəflərindən söz açaraq, bu layihənin həm də şəhid və qazi övladlarına həssas yanaşmanın növbəti bir nümunəsi olduğunu diqqətə çatdırıb.

Düşərgənin əsas məqsədi məktəblilərin yay tətilinin səmərəli təşkili, onlara əlavə bilik və bacarıqlar qazandırılması, eyni zamanda yeniyetmələr arasında ətraf mühitə, təbiətə qarşı həssas yanaşmanın təşviq edilməsidir. Düşərgə vasitəsilə bir qrup şagirdə iqlim dəyişikliyi, ekologiya və digər mövzuda yeni biliklər vermək, onlara praktik olaraq təbiətin mühafizəsi, tullantılardan effektiv istifadə yollarını öyrətmək hədəflənib.

Həmçinin düşərgə çərçivəsində məktəblilər üçün düzgün peşə seçimi, psixoloji dəstək və fərdi inkişaf, şəbəkələşmə mövzularında təlimlər, fərqli intellektual oyunlar, əyləncəli proqram və regionun zəngin mədəni irsini və təbii gözəlliklərini daha yaxından tanımaq imkanı yaradan ekskursiyalar təşkil olunacaq. Bu təlimlər məktəblilərə öz potensiallarını kəşf etməyə və gələcək şəxsi inkişaflarını planlaşdırmağa kömək edəcək.

Düşərgə iyulun 12-də yekun tədbirlər və mükafatlandırma ilə başa çatacaq. İştirakçılara göstərdikləri fəallığa görə müxtəlif hədiyyə və sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, məktəblilərə həm əyləncəli, həm də maarifləndirici bir təcrübə təqdim edəcək düşərgə müddətində iştirakçıların təhlükəsizliyi və rifahı üçün bütün zəruri tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi