Baş nazir Əli Əsədov qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına dəyişiklik edilməsi barədə qərar imzalayıb.
“Report”un xəbərinə görə, dəyişikliklə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı genişləndirilib.
Belə ki, siyahıya dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar adlı yeni 47-1-ci hissə əlavə edilib.