Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda dəyişiklik edilib.
"Report” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişikliyə əsasən, qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən hər hansı bir dəyişikliklərin, qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin, bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması, qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsi, elektron müraciət əsasında əldə edilmiş sənədlərdən və yaxud kağız daşıyıcılarda Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Elektron imza və elektron sənəd haqqında” qanunlarına uyğun olaraq həyata keçirilməsi müəyyən edilib.
Qeyd edək ki, bu kimi sənədlərin təqdim olunması bu vaxtadək yalnız kağız daşıyıcılarda həyata keçirilirdi. Bununla əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişiklik edilərək uyğunlaşdırılma aparılıb.