Qubada soyqırımı qurbanlarının xatirəsi anılıb

Qubada soyqırımı qurbanlarının xatirəsi anılıb Anım tədbirinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
Daxili siyasət
31 Mart , 2021 17:19
Qubada soyqırımı qurbanlarının xatirəsi anılıb
0 : 00
0 : 00

Quba rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, mərasimdə Mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Milli Məclisin deputatları, diplomatik korpusun, dini konfessiyaların və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım tədbirinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Daha sonra Quba Soyqırımı Memorial Kompleksdə soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni zayarət edərək önünə gül dəstələri düzüblər.

Anım mərasimi soyqırım qurbanlarının xatirəsinə həsr edilən foto və kitab sərgiləri nümayiş olunması ilə davam edib.

Son xəbərlər

Orphus sistemi