Rizvan Nəbiyev Cenevredə Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışıb

Rizvan Nəbiyev Cenevredə Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışıb Azərbaycan Milli Məclisinin Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, təşkilat sədrinin təmsilçisi Rizvan Nəbiyev Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclası
Daxili siyasət
16 Oktyabr , 2024 11:05
Rizvan Nəbiyev Cenevredə Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışıb
Rizvan Nəbiyev

Azərbaycan Milli Məclisinin Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, təşkilat sədrinin təmsilçisi Rizvan Nəbiyev Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasına sədrlik edib.

“Report” xəbər verir ki, Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə bağlı məsələyə dair narahatlığını ifadə edən nümayəndə heyətinin rəhbəri regionda mövcud olan problemlərin sülh və danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.

Çıxış zamanı Rizvan Nəbiyev Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin sona çatmasından sonra Cənubi Qafqazda yaranan siyasi reallıqlar və post-münaqişə dövründə baş verən proseslər haqqında məlumat verib. Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsünün Azərbaycan Prezidenti cənab İlham Əliyevə məxsus olduğunu nümayəndə heyətlərinin diqqətinə çatdırıb. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və münasibətlərin tam normallaşması üçün Ermənistanın öz Konstitusiyasına dəyişiklik etməsinin və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsinin mütləq şərt olduğu qeyd edilib.

Nümayəndə heyətinin rəhbəri həmçinin, 300 min azərbaycanlı qaçqını təmsil edən Qərbi Azərbaycan İcmasının (QAİ) müraciətlərinə baxmayaraq, Ermənistan hökumətinin dialoqdan qaçdığını və onların insan hüquqları haqqında müxtəlif beynəlxalq sənədlərdə təsbit olunmuş qayıdış hüququnu təmin etməkdən yayındığını diqqətə çatdırıb.

R.Nəbiyev çıxışında həmçinin bu ilin noyabr ayında Azərbaycanın Cənubi Qafqazda və bütövlükdə regionda ilk dəfə olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcəyini qeyd edib. Azərbaycan Respublikası tərəfindən maliyyə, insan kapitalı, sülh və bir sıra digər məsələlər üzrə 14 təşəbbüsdən ibarət olan iddialı Fəaliyyət Proqramının hazırlanması diqqətə çatdırılıb. Azərbaycanın atəşkəs təşəbbüsü ilə çıxış edərək, bütün ölkələri Olimpiya Oyunları zamanı olduğu kimi COP29-un keçirildiyi ay ərzində sülhə riayət etməyə çağırdığı bildirilib.

Son xəbərlər

Orphus sistemi