Sabah - sentyabrın 10-da hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.
"Report"un əldə etdiyi məlumata görə, toplantıda bütün rayon təşkilatlarına sədrlər seçiləcək.
Bundan əlavə, YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə də baxılacaq.