Salyanda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Salyanda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub Salyanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Daxili siyasət
10 May , 2023 11:59
Salyanda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Salyanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunub.

“Report”un Aran bürosunun məlumatına görə, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Jalə Əhmədova, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhid valideynləri, qazilər, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin yubiley tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı S.Hətəmov H.Əliyevin həyatı, siyasi fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib.

Sonda Ulu Öndərin həyatını əks etdirən videoçarx nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi