Samuxda akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Samuxda akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində Oftalmologiya sahəsində ilk azərbaycanlı akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası və iməcilik keçirilib.
Daxili siyasət
27 Aprel , 2023 22:44
Samuxda akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində Oftalmologiya sahəsində ilk azərbaycanlı akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası və iməcilik keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, ağacəkmə aksiyasında Samux Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısı aparatının məsul işçiləri, rayonun səhiyyə işçiləri, və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiyada çox sayda fidanlar əkilib.

İməcilik zamanı isə park, prospekt və küçələrin, səki kənarlarının, işıq dirəklərinin, parklarda oturacaqların təmizlənməsi, yuyulması işi həyata keçirilib, qurumuş ağaclar və gül kolları yenisi ilə əvəz edilib, səliqə-səhman yaradılıb.

Son xəbərlər

Orphus sistemi