“ASAN Xidmətdə COVID-19 pasportu tələb olunmur”.
“Report” xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, istənilən vətəndaş növbə götürməklə xidmətlərdən istifadə edə bilər.