Şəhid qardaşı: Onun məzarı bizim üçün qürur yeridir

Şəhid qardaşı: Onun məzarı bizim üçün qürur yeridir "Şükürlər olsun ki, bu gün qardaşımın nəşinin qalıqları doğulduğu yerə gətirilərək dəfn edilib".
Daxili siyasət
27 İyun , 2024 18:06
Şəhid qardaşı: Onun məzarı bizim üçün qürur yeridir

"Şükürlər olsun ki, bu gün qardaşımın nəşinin qalıqları doğulduğu yerə gətirilərək dəfn edilib".

Bunu Birinci Qarabağ döyüşləri zamanı şəhid olan Ucar Zeynalovun qardaşı Bədəl Məmmədov "Report"un Qərb bürosuna müsahibəsində bildirib.

O, qardaşının taleyi barədə illərdir məlumat olmadığını qeyd edib.

"Onun döyüşlərdə şəhid olduğunu bilirdik. Lakin məzarının harada olduğunu bilmirdik. Şükürlər olsun ki, bu gün qardaşımın nəşinin qalıqları doğulduğu yerə gətirilərək dəfn edilib. Onun məzarı bizim üçün qürur yeridir. Dövlət başçısına təşəkkür edirəm. Bütün şəhidlərə rəhmət diləyirəm", - şəhid qardaşı deyib.

Qeyd edək ki, şəhid Ucar Fidail oğlu Zeynalov Göygöl rayon Pənahlılar kəndində dəfn olunub.

Son xəbərlər

Orphus sistemi