Xankəndi şəhərində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şahid Sabir oğlu Məmmədovla Şəki rayonunun Zəyzid kəndində keçirilən vida mərasimi başa çatıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi Zəyzid kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Şəki Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xankəndi şəhərində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şahid Sabir oğlu Məmmədovun meyitinin qalıqları Şəki rayonunun Zəyzid kəndinə gətirilib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Şahid Sabir oğlu Məmmədov 1974-cü il sentyabrın 9-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. O, 1993-cü il Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində itkin düşüb.
Ş.Məmmədov Zəyzid kənd qəbiristanlığında dəfn olunacaq.