Şirvanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Şirvanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Şirvanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
Daxili siyasət
26 Fevral , 2023 13:30
Şirvanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Şirvanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.

"Report”un Aran bürosunun məlumatına görə, şəhərin mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan kompleks ziyarət olunub, orda yaradılan lövhənin önünə tər qərənfillər düzülüb, faciə qurbanlarının xatirəsi dərin hüzn və ehtiramla yad edilib.

“Ana abidəsi”nə baş çəkildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən ali məqama ucalmış şəhidlərimizin məzarları ziyarət olunub, üzərinə tər qərənfillər qoyulub.

Xocalı qurbanlarının və şəhidlərimizin ruhlarına dualar oxunub.

Son xəbərlər

Orphus sistemi