Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrinin vaksinasiyasına başlanılıb.
"Report" xəbər verir ki, peyvəndləmə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında həyata keçirilir.
Xəstəxananın həkim-reanimatoloqu Samirə Ağalarova "Report"a bildirib ki, bu gün 22 siyasi partiya nümayəndəsi vaksinasiya edilib: "Onların heç birində əlavə təsirlər qeydə alınmayıb. Hər kəsi peyvənd olunmağa dəvət edirik. Yalnız bu yolla virusa qalib gələ bilərik".
Qeyd edək ki, fevralın 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası başlayıb.
Yanvarın 18-dən etibarən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini tətbiq edilir.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiya təmsilçilərinin vaksinasiyasına başlanılır.
Bu barədə “Report”a partiyalardan birindən məlumat verilib.
İlkin olaraq partiyalarda 50 yaşdan yuxarı olan funksionerlər peyvənd ediləcək.